Azərbaycanın Türkiyədəki səfirliyi bu ölkədə yaşayan,təhsil alan və müvəqqəti olaraq burada olan vətəndaşlarımıza müraciət edib.
Müraciətdə deyilir:
“Türkiyə hökumətinin qərarı ilə 01 may saat 00:00-dan etibarən 03 may saat 24:00-dək Türkiyənin 31 şəhərində üç günlük küçəyə çıxmaq qadağası tətbiq ediləcək. Bu günlərdə siz də #Evdəqalın, sağlam olun!”