Müğənni Zemfira İbrahimova plastik və estetik əməliyyat keçirib.
Oxu.Az xəbər verir ki, sənətçi “bir güllə ilə iki dovşan vurub”. O, burnunda rinoplastika və göz qapaqlarında bleforoplastika əməliyyatı keçirib.
Z.İbrahimova əməliyyat olunduğu xəstəxanadan fotosunu “Instagram” hesabında paylaşaraq, bu sözləri yazıb:
“İllərdir gözlədiyim an gəlib çatdı. Burun əməliyyatı etdirdim, eyni zamanda gözümün üstündəki artıq ətdən də xilas oldum”.
Qeyd edək ki, Z.İbrahimova tanınmış idmançı Anar Heydərovla evlidir. Cütlüyün İbrahim adlı oğlu, Dəniz adlı qızı var.