Bazar ertəsi, 5 İyun 2023
  • Əlaqə
  • Haqqımızda
  • RU
  • EN
Medianews
Advertisement
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
  • Köşə
No Result
View All Result
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
  • Köşə
No Result
View All Result
Medianews
“Atabank” və “AmrahBank” bağlandı - Rəsmi açıqlama

“Atabank” və “AmrahBank” bağlandı – Rəsmi açıqlama

LEYLA
28/04/2020 18:51
1
BAXIŞ
FacebookTwitterTelegram

“Atabank” və “AmrahBank” bağlandı - Rəsmi açıqlama

Mərkəzi Bankın İdarə Heyətinin 28 aprel 2020-ci il tarixli qərarına əsasən həmin banklardan ikisinin – “Atabank” ASC-nin və “Amrah Bank” ASC-nin lisenziyaları həmin tarixdən etibarən ləğv edilib.

Mərkəzi Bankdan daxil olan məlumata görə, qeyd olunan bankların maliyyə vəziyyətinin pisləşməsi çoxdan başlanıb, xüsusən “Atabank” ASC uzun müddətdir ki, əhalinin əmanətlərinin qaytarılması üzrə öhdəliklərini icra edə bilmirdi. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 28 noyabr tarixli, 1616 nömrəli Sərəncamına əsasən Maliyyə Bazarlarına Nəzarət Palatası ləğv edildikdən və qanunvericiliklə müəyyən edilmiş aidiyyəti səlahiyyətlər təhvil alındıqdan sonra Mərkəzi Bank tərəfindən hər iki bankda aparılan yoxlamalar nəticəsində məlum olmuşdur ki, onlar ciddi maliyyə itkilərinə yol vermiş, öz kapitallarını tam itirmiş və müflis vəziyyətinə düşmüşdür. Bankların səhmdarları ilə müzakirələrdə onlar yoxlamaların nəticələri barədə məlumatlandırılmış və onlara bankları əlavə kapitallaşdırmaq təklif olunmuşdur, lakin onlar bu imkandan istifadə etməyiblər.

Azərbaycan Mərkəzi Bankı ölkənin bank sisteminin bütövlükdə dayanqılı olduğunu bəyan etmiş, lakin sistemdə “nöqtəvi” problemlər olduğunu dəfələrlə bildirmişdir. Qeyd olunan iki problemli bankın sektorun aktivlərində xüsusi çəkisi 2,1%, kredit portfelində isə 3% təşkil edir.

Maliyyə dayanıqlığı problemi olan kommersiya bankları ilə bağlı situasiyanın maliyyə sabitliyi xarakteri daşıması, habelə aidiyyəti dövlət qurumları və Əmanətlərin Sığortalanması Fondu ilə koordinasiya edilmiş qaydada həll edilməsi zərurəti nəzərə alınaraq, məsələ ilə bağlı Maliyyə Sabitliyi Şurasında ətraflı müzakirələr aparılmış və Mərkəzi Bank qəbul etdiyi qərarlarda Şuranın tövsiyələrini nəzərə alıb.

Qeyd olunanları nəzərə alaraq, məcmu kapitalının miqdarının banklar üçün müəyyən edilmiş minimum miqdardan az olduğuna, habelə cari fəaliyyətini etibarlı və prudensial qaydada həyata keçirmədiyinə görə “Atabank” ASC-nin və “Amrah Bank” ASC-nin lisenziyaları Mərkəzi Bankın İdarə Heyəti tərəfindən 28 aprel 2020-ci il tarixindən etibarən ləğv edilmiş və hər iki bankın müflisləşmə yolu ilə ləğv edilməsi barədə məhkəməyə müraciət olunub.

Bildiririk ki, “Atabank” ASC və “Amrah Bank” ASC Əmanətlərin Siğortalanması Fonduna üzv banklardır və əhalinin bu banklarda qorunan əmanətləri heç bir dövlət vəsaiti cəlb etmədən Fond tərəfindən tam ödəniləcəkdir. Fondun vəsaiti çatmasa mövcud qanunvericiliyə uyğun olaraq çatışmayan məbləğ üzrə Mərkəzi Bank tərəfindən kredit ayrılacaqdır. Bu kredit Fond tərəfindən bağlanmış bankların aktivlərinin reallaşdırılmasından daxil olan vəsait və fəaliyyətdə olan bankların ödədikləri təqvim haqqı hesabına ödəniləcəkdir. Əmanətlərin ödənilməsi mövcud prosedurlara uyğun şəffaf şəkildə təşkil olunacaq və əmanətçilər dövri olaraq məlumatlandırılacaq.

“Atabank” ASC-nin və “Amrah Bank” ASC-nin digər öhdəlikləri məhkəmə tərəfindən təyin olunacaq ləğvedici tərəfindən qanunvericiliyə müvafiq qaydada tənzimlənəcək.

Müvəqqəti inzibatçı təyin edilmiş digər iki bank – “AGBank” ASC-də və “NBCBank” ASC-də qanunvericiliklə nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi davam etdirilir.

Mərkəzi Bank bildirir ki, bank sisteminin sağlamlaşdırılması, problemli bankların sistemdən uzaqlaşdırılması nəticəsində əhalinin öz əmanətlərindən istifadə hüquqlarının bərpa edilməsi atılan digər addımlarla birgə bank sektoruna inamın daha da artırılmasına şərait yaradacaq.

Qeyd olunan prosesləri qanunla müəyyən edilmiş prosedurlar və müddətlərdə icra etmək üçün Azərbaycan Mərkəzi Bankı xüsusi tədbirlər planı hazırlamışdır və bu planın icrası barədə əmanətçilər, ictimaiyyət mütəmadi məlumatlandırılacaq.

DAHA ÇOX OXU

Cəmiyyət

Hava ilə bağlı ciddi XƏBƏRDARLIQ – Bu tarixdən…

05/06/2023 18:04
export

Dənizdə boğulan 14 yaşlı Məhəmmədin FOTOSU

05/06/2023 17:47
export

Müdir köməkçisi olan 35 yaşlı kişi məktub yazaraq ÖZÜNÜ ASDI

05/06/2023 16:54
export

Buzovları güllələyib çuxura atdılar – DƏHŞƏTLİ GÖRÜNTÜLƏR

05/06/2023 16:49
export

İşə götürülmədikləri üçün bələdiyyə binasına hücum etdilər – VİDEO

05/06/2023 16:43
export

ŞOK GÖRÜNTÜLƏR: Tikilməkdə olan körpü belə uçdu – ANBAAN VİDEO

05/06/2023 16:40
SON XƏBƏR
Məmur koronavirusdan həlak olan həkimlərin adlarını oxuyarkən göz yaşlarını saxlaya bilmədi - VİDEO

Məmur koronavirusdan həlak olan həkimlərin adlarını oxuyarkən göz yaşlarını saxlaya bilmədi - VİDEO

Elman Rüstəmovdan kreditlərlə bağlı açıqlama - VİDEO

Tricks for Finding One Asian Women

Xəbər lenti

Hava ilə bağlı ciddi XƏBƏRDARLIQ – Bu tarixdən…

05/06/2023 18:04

Dənizdə boğulan 14 yaşlı Məhəmmədin FOTOSU

05/06/2023 17:47

Müdir köməkçisi olan 35 yaşlı kişi məktub yazaraq ÖZÜNÜ ASDI

05/06/2023 16:54

Buzovları güllələyib çuxura atdılar – DƏHŞƏTLİ GÖRÜNTÜLƏR

05/06/2023 16:49

İşə götürülmədikləri üçün bələdiyyə binasına hücum etdilər – VİDEO

05/06/2023 16:43

ŞOK GÖRÜNTÜLƏR: Tikilməkdə olan körpü belə uçdu – ANBAAN VİDEO

05/06/2023 16:40

ABŞ-da yaşayan qadın süni intellekt ilə yaratdığı adamla evləndi – FOTO

05/06/2023 16:29

“Get, əlini anana qaldır”

05/06/2023 16:23

Səfirliyin pulunu qumarda uduzan attaşe həbs olundu

05/06/2023 16:23

Bakı Beynəlxalq Avtovağzal Kompleksinə sözçü təyin edilib

05/06/2023 16:10

Türkiyədən Naxçıvana təbii qaz xətti çəkiləcək – Dövlət Proqramı

05/06/2023 16:06

Ceyhun Bayramovdan İranda saxlanılan tələbə ilə bağlı AÇIQLAMA

05/06/2023 15:51

Nardaran və Bakıxanovda əməliyyat keçirilib, 75 nəfər saxlanılıb

05/06/2023 15:42

Dünya Bankı Azərbaycan üzrə yeni regional menecer təyin etdi

05/06/2023 15:38

Ağdamda 25 yaşlı qız özünü asdı

05/06/2023 15:35

İlham Əliyevdən Naxçıvanla bağlı MÜHÜM SƏRƏNCAM

05/06/2023 15:33

İyunun 6 və 7-si ilə bağlı XƏBƏRDARLIQ

05/06/2023 15:26

Bakıda keçirilən taekvondo üzrə dünya çempionatı ən tarixi yarışlardan biri kimi yadda qalacaq”

05/06/2023 15:15

AzTV-nin solisti açıq-saçıq FOTOları ilə gündəm oldu

05/06/2023 15:00

Rusların agent şəbəkəsi ifşa edildi

05/06/2023 14:57

Bağça müdirindən AĞLASIĞMAZ FIRILDAQ: “Xəstə uşağım var” adı ilə vətəndaşları belə aldadır – ŞOK FAKTLAR

05/06/2023 14:48

Azərbaycanda qadını rüsvayedici məlumatlarla şantaj etdilər

05/06/2023 14:40

Bu kəndə çəyirtkələr HÜCUM ETDİ – FOTOLAR

05/06/2023 14:36

Kişinin meyiti il yarım sonra evində tapıldı – Görənlər ŞOKA DÜŞDÜ

05/06/2023 14:32

Daha çox
Medianews

23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq.

Hər zaman sizinlə Medianews.az ailəsi.

Bizi sosial şəbəkələrdə izləyin!

  • RU
  • EN
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
No Result
View All Result

23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq. Hər zaman sizinlə Medianews.az ailəsi.