Böyük Britaniyanın Mançester şəhərində yaşayan, pandemiyadan öncə okeanda səyahətə çıxan cütlük vətənə qayıdanda şok yaşayıb.

“HaberGlobal” məlumat verir ki, 32 yaşlı Yelena Manigetti və 33 yaşlı Rayan Osborn fevral ayında Kanar adalarından Karib dənizinə yelkənli qayıqla səyahətə çıxıblar.

Koronavirusun dünyada hələ yayılmadığı zaman okeanda 25 gün ərzində xarici dünya ilə əlaqəsi kəsilən cütlük bəzi adalara girişin bağlı olduğunu öyrəniblər.

Ən çox təsirlənən ölkələrdən birinin İtaliya olduğunu göz yaşları içində öyrənən Yelena yaşadığı duyğulu anları belə dilə gətirib:

“Dünyanın ən çox zərər çəkən yerlərindən biri İtaliyanın anadan olduğum Lombardiya bölgəsidir. Atam təlaşa düşməyimi istəmirdi, ancaq vətəndən bir foto göndərdikdən sonra vəziyyətin ciddiliyini anladım və şoka düşdüm”.

Hazırda Müqəddəs Vinsent adasında olan cütlük burada nə qədər qalacaqlarını bilmir.