Rusiyanın Moskva vilayətinin qubernatoru Andrey Vorobyov koronavirusla mübarizə üçün Müdafiə Nazirliyinə müraciət edib.
“İnterfaks”ın məlumatına görə, bu barədə Rusiyanın Müdafiə naziri Sergey Şoyqu məlumat verib.
Bildirilir ki, bu məqsədlə regiona hərbi həkimlər göndərilib.
“Moskva vilayətinin qubernatorundan bizim tibbi briqadalar barədə sorğu daxil olub. Kömək etmək barədə qərar qəbul edilib”, – deyə Şoyqu bildirib.
Şoyqu həmçinin vurğulayıb ki, hərbçilər hazırda çətin vəziyyətdə olanlara dəstək göstərməlidir.