Belarus Prezidenti Aleksandr Lukaşenko Avropanın bəzi ölkələri tərəfindən koronavirus pandemiyası ilə bağlı tətbiq edilən addımları sərt şəkildə tənqid edib.
“RİA Novosti” xəbər verir ki, Lukaşenko insanların immun sistemin zəifləməsi səbəbindən xəstəliyin ikinci dalğasının gözlənildiyini bildirib.
“Qərbi Avropanın təcrübəsi insanları təcrid etməkdən ibarətdir. İnsanları dörd divar arasından çölə buraxmırlar. Sonra da bu üsulu bizə təqdim edirlər. Hal-hazırda həmin ölkələrdə hər gün 400-600 insan ölür”, – deyə dövlət başçısı vurğulayıb.
Lukaşenko, təcriddə qalan insanların dözümlülüyünün zəiflədiyini əlavə edib.
“Təcriddən sonra çölə çıxan həmin insanlar koronavirusa daha tez yoluxacaq”, – deyə prezident qeyd edib.