Rusiyanın Xarici işlər naziri Sergey Lavrov keçirdiyi brifinq zamanı bildirib ki, Madrid prinsipləri, Rusiyanın 2010-2011-ci illərdə hazırladığı sənədlər, Kazan sənədi və ötən ilin aprel ayında Moskvada Rusiya, Azərbaycan və Ermənistan XİN rəhbərlərinin həmsədrlərin iştirakı ilə müzakirə etdiyi layihələr mövcuddur və onlar hazırda fəal müzakirə olunur:“Bu sənədlər nizamlamanı mərhələli yanaşma əsasında davam etdirməyi və ilk növbədə daha aktual problemləri, Dağlıq Qarabağ ətrafında bir sıra rayonların azad olunmasını, nəqliyyat, iqtisadi və digər kommunikasiyaların açılmasını nəzərdə tutur. Mən əminəm ki, bu sənədlərin imzalanması barədə qərar qəbul edilsə, bu, BMT Təhlükəsizlik Şurasının müharibəni dayandırıb danışıqlara keçməyi tələb edən qətnamələrin icrasında vacib addım olacaq. Danışıqlar başlayıb, indi isə razılaşmaq lazımdır. Biz ATƏT-in Minsk Qrupunun həmsədrləri olaraq məhz buna çalışırıq”.
Lavrovun fikirlərindən belə qənaətə gəlmək olarmi ki, vacib sənədlərin imzalanmasına maneçiliyi məhz Ermənistan törədir?
“Bu qədər “ərköyün” tərəfin danışıqlarda anlaqlı hala gəlməsi üçün preventiv güc tətbiqi qaçılmaz olacaq”
hazırda Rusiya XİN Dağlıq Qarabağ və ya MDB-də mövcud digər konfliktlərin həllində yeni yanaşma sərgiləmək, konfliktlərə yeni baxış bucağı və s. tətbiq etmək imkanına malik deyil:“Bunu şərtləndirən çoxlu məqamlar var, ümumi olaraq onu qeyd edim ki, Rusiya XİN rəhbəri və onun başçılıq etdiyi siyasi qrup Rusiyadaxili proseslərdə hədsiz ambisiyası və dövlət büdcəsindən ayırmalarda çirkli aktivliyi üzərindən həssas zamanlarını yaşayır. Ümumiyyətlə isə, Rusiya XİN-də və bu ölkədə ənənəvi ermənipərəst qruplar Rusiyada, televiziyalar da daxil KİV-ə nəzarət etmək, bu ölkənin informasiya gündəminin formalaşdırılması və bunun üzərindən siyasi qərarlara təsir alətlərinə malikdir. Hətta bu məqamlar bəzən Rusiya milli maraqlarına hədə halına gəlməklə təhlükəsizlik dairələrinin qıcığına səbəb olur. Biz zaman-zaman bu dairələrin “əl-qolunun” yığışdırılması istiqamətində addımları izləyirik. Daha öncələr biz belə münasibətin Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Azərbaycana sərt münasibəti ilə seçilən birisini səfir kimi göndərmək kimi uğursuz təşəbbüsündə də şahidi olduq. Onun bu cəhdi uğursuzluqla nəticələndi. Xatırlayırsınızsa, Rusiya Dövlət Dumasının MDB məsələləri üzrə Komitəsi Rusiya Xarici İşlər Nazirliyi Kadrlar Departamenti direktorunun müavini Georgi Zuyevin Azərbaycana yeni səfir təyinatını hətta bəyənmişdi. Lakin Azərbaycana ermənipərəst mövqedə olduğu deyilən Zuyevin namizədliyi məhz Rusiya Təhlükəsizlik Şurasının “tövsiyə”sindən sonra qəbul olunmadı. Rusiyanın Xarici işlər naziri Sergey Lavrov azərbaycanlı jurnalistin sualına cavabında Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqların indiki formatının yaxşı və faydalı olduğunu bildirdi. Burda bir haşiyə çıxım ki, 2016-ci aprel müharibəsindən sonra rəsmi İrəvanın danışıqların bu formatında əlində bayraq etdiyi əsas məqam müharibənin və güc tətbiqinin dayandırılması haqqında şərtlərin olmasıdır. Çünki BMT Təhlükəsizlik Şurasının müharibəni dayandırıb danışıqlara keçmək tələbi məhz bu formatda əksini tapıb. Rusiyanın Xarici işlər naziri Sergey Lavrovun indiki formatı yaxşı və faydalı adlandırması haqqında onu deyim ki, istənilən nizamlama formatının faydalı və ya yaxşı olmasını danışıqlarda əldə edilən nəticələr göstərir. Biz danışıqlarda hər hansı bir nəticəni müşahidə etməmişik. Şəxsən mən o fikirdəyəm ki, Azərbaycan XİN-in rəsmi fikirlərində də əksini tapmış danışıqlarda Ermənistan tərəfinin bəlli olmayan mövqeyindən aydın mövqeyə çəkilməsi üçün preventiv güc tətbiqi qaçılmazdır. Biz illərdir Ermənistan tərəfinin danışıqları sobataj etməsi, danışıqların mühüm mərhələsində Ermənistanın bu prosesdəki məsul şəxslərinin kənarlaşdırılması, hökümət dəyişməsi və s. kimi hər cür bəhanələrin şahidi oluruq. Son iki il isə Ermənistan baş naziri Nikol Paşinyan danışıqları pozmaq üçün açıq provokasiya ilə məşğul olur. Bütün bunlar əbədi davam edə bilməz və bu qədər “ərkoyün” tərəfin danışıqlarda anlaqlı hala gəlməsi üçün preventiv güc tətbiqi qaçılmaz olacaq”.
Yeganə Hacıyeva ,
Beynəlxalq münasibətlər üzrə ekspert,
22.04.2020.