Bakıda baş verən dəhşətli qəzanın görüntüləri kameraya düşüb. Verilən məlumata görə hadisə bu gün baş verib.
Medianews.az Avtosfer.az-a istinadla xəbər verir ki, paytaxtın Nizami rayonu Rüstəm Rüstəmov küçəsində yüksək sürətlə hərəkət edən “Vaz 2106” markalı avtomobilin sürücüsü svetoforun qırmızı işığında yolayrıcına daxil olaraq soldan – Bəkir Çobanzadə küçəsi ilə hərəkət edən “Mercedes” markalı avtomobillə toqquşub.
Qəza nəticəsində “Vaz” markalı avtomobildəki sürücü və sərnişin yerindəcə dünyasını dəyişib.
Görüntüləri sizə təqdim edirik.