İtaliyanın “Yuventus” klubunun futbolçusu Kriştianu Ronaldu ailəsi ilə birlikdə qardaşı oğlunun doğum gününü qeyd edib.
“Report”un məlumatına görə, koronavirusa görə tətbiq olunan karantin qaydalarına baxmayaraq doğum günü üçün təşkil edilən şənlikdə çox insan iştirak edib.
Qeyd edək ki, Kriştianu Ronaldu 2018-ci ilin yayında İspaniya “Real Madrid”indən “Yuventus”a keçib. 35 yaşlı hücumçu bu mövsüm İtaliya A Seriyasında 22 oyunda meydanı çıxıb, 21 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.
A Seriyası XXVI turdan sonra dayandırılıb. Hazırda turnir cədvəlinə 63 xalla “Yuventus” başçılıq edir