“Real”ın qapıçısı Luka Zidan mövsümün sonunda komandadan ayrılacaq.

Apasport.az saytının məlumatına görə, baş məşqçi Zinəddin Zidanın oğlu ilə yeni müqavilə imzalanmayacaq.

Hazırda “Rasinq”də icarə əsasında çıxış edən Lukanın “Real”la sözləşmə müddəti mövsümün sonuna qədərdir. Klub bunun yenilənməsində maraqlı deyil və azad agent statusu daşıyacaq Zidan ölkəsi Fransaya qayıtmağı planlaşdırır. Gələn mövsümdən əsas qapıçı Tibo Kurtuanın alternativi ukraynalı Andrey Lunin olacaq.

Qeyd edək ki, “Real”ın yetirməsi olan Luka Zidan cari mövsüm “Rasinq”in heyətində Seqaundada 29 oyuna çıxıb, qapısında 36 qol görüb.