Azərbaycanlı MMA idmançısı Nəriman Abbasovun meşədə odunla məşq etməsini əks etdirən görüntülər yayılıb.
Medianews.az BAKU.TV-yə istinadən xəbər verir ki, idmançımız ölkədəki idman zalları bağlı olduğu üçün meşədə məşq etməyə üz tutub.
Rusyanın paytaxtı Moskvada 25 sentyabrda keçiriləcək “Fight Nights Global” turnirində rusiyalı Mixail Qoqitidze ilə qarşılaşacaq Nəriman Abbasov yüngül çəkidə çempionluğunu müdafiə etməyə çalışacaq.