Rusiyalı supermodel İrina Şeyk yeniyetmə yaşında çəkdirdiyi şəklini özünün “Instagram” hesabında paylaşıb.

Arxiv kadrda yeniyetmə Şeyk fontanın qarşısında dayanıb. O, sarı rəngli qısa köynək və çəhrayı rəngli şalvar geyinib.

Supermodelin şəkli cəmi bir neçə saat ərzində təxminən yarım milyon “like” toplayıb. Şeyk paylaşımının altında 14 rəqəmini yazıb.

“Bu şəkil sənin gözəlliyinin təbii olduğunu sübut edir”, “Gözəl gənc İrina”, “Qız deyil, xülyadır”, “Sən istənilən yaşda gözəlsən. Sənə heyranam”, – deyə izləyiciləri İrinanın paylaşımını şərh ediblər.

Məşhur model yeniyetmə şəklini paylaşıb - FOTO