Cümə, 9 İyun 2023
  • Əlaqə
  • Haqqımızda
  • RU
  • EN
Medianews
Advertisement
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
  • Köşə
No Result
View All Result
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
  • Köşə
No Result
View All Result
Medianews
Dünya turuna çıxıb Azərbaycanda qalan almaniyalı velosipedçilər Bakıdakı şəraitlərindən danışdılar - FOTO

Dünya turuna çıxıb Azərbaycanda qalan almaniyalı velosipedçilər Bakıdakı şəraitlərindən danışdılar – FOTO

LEYLA
18/04/2020 15:13
1
BAXIŞ
FacebookTwitterTelegram

Dünya turuna çıxıb Azərbaycanda qalan almaniyalı velosipedçilər Bakıdakı şəraitlərindən danışdılar - FOTO

“Üç həftə əvvəl Qazaxıstan tərəfə Xəzər dənizindən bərə ilə keçmək planına nikbinliklə baxırdıq. Ancaq indi həmin ölkə əcnəbiləri öz vətənlərinə geri göndərdiyi üçün Azərbaycanda qaldığımızdan çox xoşbəxtik”.

Oxu.Az xəbər verir ki, bunu almaniyalı velosipedçilər Anika Brust və Denis Şarnov deyiblər.

Ötən ilin iyununda Almaniyanın Hamburq şəhərindən velosipedlə dünya turuna çıxan bu cütlük Azərbaycanda olduğu vaxt sərhədlər bağlandığından, Bakıda qalmalı olub. Onlar Bakıdakı həyatlarından danışıblar:

“Azərbaycan əcnəbilərə münasibətdə başqa variantı seçdi. Bütün müddəti bitmiş vizaların müddətini uzatdı. Bu isə o deməkdir ki, vizada nəzərdə tutulmuş 30 günün əvəzinə biz bu ölkədə iyunun 1-dək 90 gün qala bilərik. Əlbəttə, şadıq ki, bizi Almaniyaya geri göndərmədilər. Ümid edirəm ki, göndərilməyəcəyik də. Hazırda biz Bavariyadan olan digər velosipedçi Konstantinlə birgə Bakının mərkəzində yaşayırıq. Tutduğumuz mənzil çox yenidir, olduqca ucuz qiymətədir və eyvanından şəhərin tarixi hissəsi ilə Xəzər dənizinin möhtəşəm panoramı görünür.

Bütün dünyada olduğu kimi, biz evdə qalırıq və küçəyə yalnız mağazaya və ya həkimə getmək lazım olanda çıxırıq. Denis 10 gün əvvəl velosipedlə qəzaya düşüb. İndi yarası sağalır. Ancaq zədəsini həkimə mütəmadi göstərməsi lazımdır.

Bu müddətdə gündə bir iş görməyə, tez-tez məşq etməyə, vaxtımızdan səmərəli şəkildə yararlanmağa, rus dilini öyrənməyə, yeni bloqlar yazmağa və təzəcə toplamağa başladığımız araq kolleksiyasını genişləndirməyə sərf edirik.

Əlbəttə, səyahəti nə vaxt və necə davam etdirəcəyimizi təxmin edə bilmərik. Ancaq şübhə etmirik ki, biz tezliklə yolumuza davam edəcəyik”.

Cütlük yanvarda Antalyada – Bələkdə olduğu vaxt bir hotel otağında qalmaq üçün nikah şəhadətnaməsi hazırladıqlarını, Gürcüstanda olarkən xizək sürdüklərini və Göyçayda çayı velosipedlə keçmək istədiklərindən danışıb:

“Azərbaycanda körpü olmadan bir çayı keçməyə çalışdıq. Ancaq suyun bizdən daha güclü olduğunu anladıq. Həm Gürcüstanda, həm də Azərbaycanda olanda stadiona getdik və futbola baxdıq. Artıq 300 gündür ki, yollardayıq, 11 min km-dən çox məsafə qət etmişik və Azərbaycan səfərimizin 15-ci ölkəsidir”.

Qeyd edək ki, hər iki velosipedçi Almaniyanın 3-cü Liqasında mübarizə aparan “Hanza” komandasının azarkeşi olduğundan Hamburqdan sonra ilk dayanacaqlarını ötən il iyunun 22-də Rostok şəhərində ediblər. Həmçinin, onlar Antalyada sevimli komandalarının təlim-məşq toplanışını da izləyib.

Pərakəndə avtomobil ehtiyat hissələrinin satışı üzrə logistika meneceri Denis Şarnov və nəzarətçi işləmiş Anika Brust  Hamburqdakı evlərindəki bütün əşyaları sataraq bu səfərə çıxıb. Onlar daha sonra Baltikyanı ölkələr (Litva, Latviya, Estoniya), Polşa, Slovakiya, Macarıstan, Rusiya, Serbiya, Kosovo, Şimali Makedoniya, Yunanıstan, Türkiyə, Gürcüstan və Azərbaycana səfərə çıxıblar.

DAHA ÇOX OXU

Dünya

Bu yaxın tarixlərlə bağlı CİDDİ XƏBƏRDARLIQ

09/06/2023 20:20
Dünya

Rusiya bu bölgəni atəşə tutdu – SON DƏQİQƏ

09/06/2023 17:00
1-MANŞET

Azərbaycan Ukraynaya növbəti YARDIM

09/06/2023 16:45
1-MANŞET

Tibb müəssisələrində NÖQSANLAR AŞKARLANDI

09/06/2023 16:29
Dünya

“Sənin üçün ölərəm” deyib, özünü vurdu

09/06/2023 16:10
1-MANŞET

Təslim olan PKK terrorçularının ŞOK GÖRÜNTÜLƏRİ – Acından bağırsaqları deşilib (VİDEO)

09/06/2023 15:59
SON XƏBƏR

Azərbaycanda son sutkada 33 nəfər koronavirusa yoluxub, 3 nəfər vəfat edib

“Çünki oldun nazir, gəl kluba məşq elə” – Berdımühəmmədov örnəyi

Azərbaycanda karantin rejimi may ayının 4-dək uzadıldı

Xəbər lenti

Taksilərlə bağlı yenilik – Qiymət artacaq? – VİDEO

09/06/2023 22:40

Öz dilimizdə namaz qıla bilərik? – İlahiyyatçı AÇIQLADI

09/06/2023 22:20

Dördgünlük iş həftəsi özünü doğruldacaq? – VİDEO

09/06/2023 21:59

Bakıda aptekə basqın olub, satıcıya bıçaqla zor tətbiq edilib

09/06/2023 21:40

Rəşad Dağlı: “İskəndər dedi ki, 6 min manat ver, söhbət heç yerdə yayılmasın”

09/06/2023 21:20

Diləndirilən dörd yaşlı qız barədə ürəkağrıdan TƏFƏRRÜAT- FOTO

09/06/2023 20:59

Xersonda azərbaycanlılara məxsus evlər su altında qalıb – VİDEO

09/06/2023 20:40

Bu yaxın tarixlərlə bağlı CİDDİ XƏBƏRDARLIQ

09/06/2023 20:20

Bu şəxslərin maaşları artırıldı – RƏSMİ

09/06/2023 19:59

Azər İsrafilov həbsdə intihara cəhd edib? – Rəsmi açıqlama

09/06/2023 19:40

Günel Eminli vəfat etdi – FOTO

09/06/2023 19:31

Orxan Fikrətoğluna yeni VƏZİFƏ VERİLDİ

09/06/2023 19:20

Bakıda inək prospekti bir-birinə qatdı – VİDEO

09/06/2023 18:59

Maaşlar yenidən artacaq – ŞAD XƏBƏR

09/06/2023 18:40

Azərbaycanda məktəbdə biabırçı olay: Direktor şagirdlərin fotosunu çəkib paylaşdı – FOTO

09/06/2023 18:20

Xatirənin vannadakı görüntüləri müzakirələrə səbəb oldu – VİDEO

09/06/2023 17:59

Hava şəraiti ilə bağlı XƏBƏRDARLIQ – Sabahdan…

09/06/2023 17:40

Prezidentdən uşaqlarla bağlı – SƏRƏNCAM

09/06/2023 17:20

Rusiya bu bölgəni atəşə tutdu – SON DƏQİQƏ

09/06/2023 17:00

Azərbaycan Ukraynaya növbəti YARDIM

09/06/2023 16:45

Tibb müəssisələrində NÖQSANLAR AŞKARLANDI

09/06/2023 16:29

“Sənin üçün ölərəm” deyib, özünü vurdu

09/06/2023 16:10

Təslim olan PKK terrorçularının ŞOK GÖRÜNTÜLƏRİ – Acından bağırsaqları deşilib (VİDEO)

09/06/2023 15:59

Demet Özdemir bu ölkənin vətəndaşı olmağa hazırlaşır – FOTOLAR

09/06/2023 15:55

Daha çox
Medianews

23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq.

Hər zaman sizinlə Medianews.az ailəsi.

Bizi sosial şəbəkələrdə izləyin!

  • RU
  • EN
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
No Result
View All Result

23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq. Hər zaman sizinlə Medianews.az ailəsi.