Azərbaycan Milli Geyim Mərkəzinin rəhbəri Gülnarə Xəlilova xüsusi pambıq parçadan uzunmüddətli istifadəyə yararlı unikal maskalar hazırlayır.
Baku TV xəbər verir ki, maskalar təbii parçalardan hazırlandığından tez-tez yuyulduğu zaman keyfiyyətini itirmir.
Dizayner G.Xəlilova bildirir ki, maskalar yuyulduqdan sonra ütülənlənməlidir. Daha sonra dezinfeksiya olunub yenidən istifadə oluna bilər.
Dizayner ilk dəfə olaraq kəlağayıdan da maska hazırlayıb. Örpək maska qədimiliklə müasirliyi özündə cəmləşdirir.
G.Xəlilova bütün bunlarla bərabər, insanların tibbi maskalardan istifadəsinin vacibliyini də vurğulayıb.