Hindistanda 200-ə yaxın şəxs koronavirus epidemiyasının yayılması ilə əlaqədar ümumilli karantin elan olunmasına rəğmən bir öküzün dəfnində iştirak edib.
Musavat.com xəbər verir ki, bu barədə AFP agentliyi məlumat yayıb.
“Muli” ləqəbli bu öküz yaşlılıqdan ölsə də Tamiland ştatındakı bir kənd sakinlərini yasa böğub və onlar ona təmtəraqlı dəfn mərasimi təşkil ediblər.
Hazırkı ana qədər həmin ştatda 1242 koronavirusla yoluxma halının olduğu bildirilir.Onlardan 14-ü dünyasını dəyişib. Lakin bu belə kənd sakinlərini 20 yaşlı heyvanın dəfninə gəlməkdən çəkindiməyib.
Polis artıq qoyulan yasağın pozulmasına görə kəndin 7 sakinindən şikayət qəbul edib.
Yerli mətbuat heyvanın pərəstişkarlarının onun üçün müxtəlif hədiyyə və hətta pul gətirdiklərini yazır. “Sakinlər qəm içindədir, qadınlar öküzün ölməyini eşidəndə xeyli ağladılar”,-deyə ştatın Kalubambaray kəndinin sakini deyib.
Con Hokins universitetinin son məlumatına əsasən, Hindistanda hazırkı günə qədər 12 mindən çox şəxsin koronavirusla yoluxduğu qeydə alınıb. 400 insan bu xəstəlikdən vəfat edib.