Bakının Binəqədi rayonunda yol-nəqliyyat hadisəsi zamanı bir nəfər ölüb.
Medianews.az unikal.org-a istinadən xəbər verir ki, Azadlıq prospektində 32 yaşlı Müşərrəf Zeynalova yolun piyadalar üçün müəyyən edilməmiş hissəsindən keçərkən “Opel” markalı minik avtomobili onu vurub.
Yaralı xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.
Faktla bağlı Binəqədi Rayon Polis İdarəsində araşdırma aparılır.
Qeyd edək ki, M. Zeynalova “Banu” adıyla müğənnilik edirmiş.
Trend xəbər verir ki, qəzanı törədən “Opel” markalı avtomobilin sürücüsü Göyçay rayon sakini, 1992-ci il təvəllüdlü S.Salmanov olub.
Faktla bağlı cinayət işi başlanıb.