Çərşənbə, 7 İyun 2023
  • Əlaqə
  • Haqqımızda
  • RU
  • EN
Medianews
Advertisement
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
  • Köşə
No Result
View All Result
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
  • Köşə
No Result
View All Result
Medianews
Avtomatik qaralama

Həbs edilən sabiq icra başçısı barədə yeni qərar verildi

LEYLA
13/04/2020 14:00
1
BAXIŞ
FacebookTwitterTelegram

Avtomatik qaralama

Yevlax Rayon İcra Hakimiyyətinin sabiq başçısı Qoca Səmədov barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti uzadılıb.

Medianews.az APA-ya istinadla xəbər verir ki, Səbail Rayon Məhkəməsində istintaq orqanının təqdimatına baxılıb.

Məhkəmə təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin müddətini daha 3 ay uzadıb.

Qeyd edək ki, Dövlət Təhlükəsizliyi Xidmətinin yaydığı məlumata görə, 2019-cu ilin noyabr ayınadək Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsində işləmiş Qoca Səmədovun bu müddət ərzində vətəndaşların hüquqlarına, cəmiyyətin və dövlətin qanunla qorunan mənafelərinə zərər vuran çoxsaylı qanun pozuntularına yol verməsinə əsaslı şübhələr müəyyən edilib.

Qeyd edilir ki, dövlət qayğısı olaraq işsiz vətəndaşların ictimai işlərə cəlb edilib aylıq qazanc əldə edə bilmələri üçün dövlət büdcəsi hesabına ayrılan külli miqdarda əməkhaqqıları ələ keçirilib, o cümlədən Yevlax şəhərində “Yaşıllaşdırma və işıqlandırma müəssisəsi”nin fəaliyyətinə və digər abadlıq, təmir-tikinti işlərinə cəlb edildiyi rəsmiləşdirilən 133 nəfər heç bir işə cəlb edilmədən və əməkhaqqı almadan, adlarına açılmış əməkhaqqı kartları Qoca Səmədovun tabeliyində fəaliyyət göstərən şəxslər tərəfindən ətraf rayonlardakı bankomatlarda nağdlaşdırılaraq, Qoca Səmədova şəxsən təqdim edilməklə 236.000 manat dövlət vəsaiti mənimsənilməsinə əsaslı şübhələr müəyyən edilib.

Habelə, 2017-2019-cu illərdə dövlət büdcəsindən ayrılmış vəsaitlər hesabına Yevlax şəhərində abadlıq, təmir-tikinti işlərini həyata keçirmək adı ilə müxtəlif şirkətlərin hesablarına köçürülmüş 616.000 manat vəsait heç bir iş görülmədən Qoca Səmədovun tapşırığı ilə şirkət rəhbərləri tərəfindən nağdlaşdırılaraq ona şəxsən qaytarılmaqla təkrarən mənimsənilib.

Şəhər icra hakimiyyəti və əlaqəli strukturlarda çalışan işçilərin əməkhaqqından təsis etdiyi Şəhid ailələrinə və müharibə əlillərinə yardım Fonduna könüllü ödəmə adı altında hər ay faiz tutulub, yığılan pulun hər ay 8.000 manatadək olan əsas hissəsi Qoca Səmədova şəxsən təqdim edilib. Qoca Səmədov vəzifə səlahiyyətlərindən sui-istifadə edərək İcra Hakimiyyətinin Memarlıq və Tikinti şöbəsinin baş memarı Xalid Əhmədovun vasitəçiliyi ilə vətəndaşlar tərəfindən müxtəlif təyinatlı tikintilərin aparılması üçün zəruri olan sənədləşmə işləri və digər əsaslarla ümumilikdə 44 fiziki və hüquqi şəxsdən müxtəlif məbləğlərdə külli miqdarda təkrarən rüşvət tələb edərək almasına əsaslı şübhələr müəyyən edilib.

Qoca Səmədov və başqaları vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, külli miqdarda təkrar rüşvət alma, mənimsəmə və digər faktlara görə Dövlət Təhlükəsizliyi Xidmətində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə başlanılmış cinayət işləri üzrə şübhəli şəxs qismində saxlanılıblar.

Hazırda iş üzrə cinayətin digər iştirakçılarının müəyyənləşdirilərək istintaqa cəlb olunması istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

DAHA ÇOX OXU

Cəmiyyət

İyun ayında ən təhlükəli günlər: Bu tarixlərdə nəsə planlamayın…

06/06/2023 23:04
export

Qulağını eşşək qopardan kişi görün kimdir – VİDEO

06/06/2023 22:42
export

Məşhur aktrisa həyat yoldaşından BOŞANIR – dələduzluğa görə HƏBS EDİLMİŞDİ

06/06/2023 22:01
1-MANŞET

Türkiyəli mütəxəssisdən Azərbaycanla bağlı qorxunc zəlzələ proqnozu – VİDEO

06/06/2023 21:50
1-MANŞET

“Peyğəmbərəm” deyib qətl törətdi, indi də yoxa çıxıb – VİDEO

06/06/2023 21:30
export

3 qadının hücumuna məruz qalan britaniyalı turistin qorxulu anları – VİDEO

06/06/2023 21:13
SON XƏBƏR
Rəqsanə: “15 min dollar toy pulundan 1 qəpik də enmirsiniz, camaata niyə yardım etmirsiniz? ” - VİDEO

Rəqsanə: “15 min dollar toy pulundan 1 qəpik də enmirsiniz, camaata niyə yardım etmirsiniz? ” - VİDEO

Avtomatik qaralama

Pərviz Abdullayevin "Survivor"u tərk etməsi ilə bağlı ŞOK FAKTLAR

Koronavirusdan sağalan icra başçısının müavini ilə müsahibə - FOTO

Koronavirusdan sağalan icra başçısının müavini ilə müsahibə - FOTO

Xəbər lenti

İyun ayında ən təhlükəli günlər: Bu tarixlərdə nəsə planlamayın…

06/06/2023 23:04

Qulağını eşşək qopardan kişi görün kimdir – VİDEO

06/06/2023 22:42

Azərbaycanda məktəbli qız qaçırıldı

06/06/2023 22:15

Məşhur aktrisa həyat yoldaşından BOŞANIR – dələduzluğa görə HƏBS EDİLMİŞDİ

06/06/2023 22:01

Türkiyəli mütəxəssisdən Azərbaycanla bağlı qorxunc zəlzələ proqnozu – VİDEO

06/06/2023 21:50

“Peyğəmbərəm” deyib qətl törətdi, indi də yoxa çıxıb – VİDEO

06/06/2023 21:30

3 qadının hücumuna məruz qalan britaniyalı turistin qorxulu anları – VİDEO

06/06/2023 21:13

Eldar Əzizovdan Bakıda söküləcək binalar haqqında VACİB AÇIQLAMA

06/06/2023 21:10

Şagirdini döyən müəllimin dediyi sözlər hər kəsi təəccübləndirdi – VİDEO

06/06/2023 21:00

Mövqelərimiz atəşə tutuldu

06/06/2023 20:50

Eldar Əzizovdan qəzalı binalarla bağlı AÇIQLAMA

06/06/2023 20:40

Azərbaycan və Avstriya xarici işlər nazirləri arasında görüş başlayıb

06/06/2023 20:33

Həmin şəxs körpüdən belə düşürüldü – Video

06/06/2023 20:30

Xalq artisti qızının şad xəbərini paylaşdı – FOTOLAR

06/06/2023 20:10

Bakıda həbsdə olan qardaşına narkotik keçirmək istəyən qadın saxlanılıb

06/06/2023 19:48

SON DƏQİQƏ – Koroğlu metrosu yaxınlığında intihara cəhd (VİDEO)

06/06/2023 18:24

Zaur Kamal: “Rəksanəni palçıqdan Fazil çıxartdı” – VİDEO

06/06/2023 18:06

“Aylarla mənə 101 gül göndərirdi” – Çiçək – VİDEO

06/06/2023 17:49

Aysun son hadisələrdən danışdı: “Yaşadıqlarımı yaşayasınız”

06/06/2023 17:35

Lisey və gimnaziyalara ərizə qəbulu yekunlaşdı

06/06/2023 17:30

Ağamirzədən sərt sözlər: “Adlarından iyrənirəm”

06/06/2023 16:47

İki qadın ölmüş maralları çiy-çiy yedi – ŞOK GÖRÜNTÜLƏR

06/06/2023 16:24

Dünya rekordunu təzələdi

06/06/2023 16:07

Qarabağın erməni sakinləri “Laçın” sərhəd-buraxılış məntəqəsindən sərbəst keçirlər – VİDEO

06/06/2023 15:51

Daha çox
Medianews

23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq.

Hər zaman sizinlə Medianews.az ailəsi.

Bizi sosial şəbəkələrdə izləyin!

  • RU
  • EN
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
No Result
View All Result

23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq. Hər zaman sizinlə Medianews.az ailəsi.