Ermənistana yardım düşürmü, qardaşlar?!

Rəsmi Ankara bildirib ki, Ermənistan koronavirusla mübarizə çərçivəsində Türkiyədən dərman yardımı istəyib. Türkiyə prezidentinin sözçüsü İbrahim Kalın bildirib ki, İrəvanın yardım istəyinə Türkiyə Prezident Administrasiyası tərəfindən müsbət cavab verilib.

Sitat: “Biz çox ölkəyə yardım etmişik. Bu, son dərəcə insani bir vəziyyətdir. Burada siyasi hesablar edə bilmərik. Yardımları təmin etmişik. Yardım yaxın günlərdə Ermənistana göndəriləcək”.

Humanizm, bəşəri dəyərlər baxımından qardaş Türkiyənin mövqeyi tam normal görünür. Elə Azərbaycan özü də bu günlərdə – baxmayaraq ki, pandemiya səbəbindən ciddi itkilər və problemlərlə üz-üzədir – bir sıra ölkələrə yardım əlini uzatmaqdadır. Amma və lakin söhbət Ermənistandan gedir. O ölkədən ki, türkün varlığını, Türkiyə və Azərbaycanın bölgədə mövcudluğunu bir əsrdən çoxdur ki, özünə təhlükə görür və Azərbaycanın tarixi ərazilərində qurulan bu qondarma dövlət sərhədlərini Türkiyə və Azərbaycanın hesabına genişləndirərək “dənizdən-dənizə dövlət”ə xəyalını gerçəkləşdirmək niyyətindədir.

2020-ci ilin ilk dörd ayı boyunca dünyanı təhdid edən COVİD-19 pandemiyası çox məsələləri arxa plana keçirib, hətta düşmən ölkələr müvəqqəti də olsa, silahı yerə qoyublar, öz canlarının hayındadırlar. Bu proseslərdə ən ağır durumda olan ölkələrdən biri də Ermənistandır. Düzdür, burada itki sayı hələ heç üç rəqəmlərlə də ölçülmür. Ancaq əhalisi aclıq və səfalətdən başını götürüb qaçmış bu ölkə bu gün iki milyonu təmin etməkdə də acizdir və çarəsiz qalıb Türkiyəyə belə yardım üçün müraciət edir.

Hərçənd Ermənistanın Xarici İşlər Nazirliyi qızıl-qırmızı bəyan edib ki, onlar Ankaradan yardım istəməyiblər. Bu ölkənin sözü ilə əməli heç vaxt üst-üstə düşməyib, bu heç.

Türkiyənin işğalçı Ermənistana koronavirusla mübarizədə dəstək göstərmək niyyəti Azərbaycanda birmənalı qarşılanmayıb. Bu da təbiidir. Söhbət Azərbaycan ərazilərini 30 ilə yaxındır işğalda saxlayan ölkədən gedir.

Bu gün koronavirus təkcə Ermənistanın mülki əhalisi arasında deyil, ordusunda da yayılıb. Deməli, Türkiyənin göndərəcəyi dərmanlarla müalicə olunan erməni hərbçisi daha sonra səngərə girib yenidən Azərbaycan əsgərini hədəfə alacaq, oğullarımız şəhid olacaq.

Çox arzuolunandır ki, qardaş Türkiyənin rəhbərliyi Ermənistanda elə bu koronaviruslu günlərdə gündəmə gətirilən iddialara da diqqət yetirsinlər. Məsələn, Ermənistanda idda olunur ki, 2021-ci ildə Moskva müqaviləsinə yenidən baxılmalı, Qars, Ərdəhan, Ağrı o cümlədən Naxçıvan Ermənistana “qaytarılmalıdır”. Həyasızlığa baxın, “qaytarılmalıdır”!

Yəni Ermənistan növbəti ərazi iddialarını ortaya qoymaq üçün hərəkətə keçmək üçün fürsət gəzir, dünyanın başının koronavirusa qarışdığı bu günlərdə də…

COVİD-19-un əlində əsir-yesir qalan ermənilər Şuşada Azərbaycanın mülki sakinlərini girov saxlamaqda davam edirlər və onları heç zaman geri qaytarmayacaqlarını bidirirlər. Bəlkə Ankara nüfuzundan istifadə edib “Kəlbəcər girovlarını azad et” çağırışı etsin və həm də dünyaya səslənsin?..Axı, Türkiyə Ermənistanla sərhədini məhz Kəlbəcərin işğalından sonra qapadıb və 6 il əvvəl (!!) iki mülki vətəndaş da sadəcə Kəlbəcəri ziyarət üçün ora getmişdilər.

Təkcə budurmu? Nikol Paşinyan bildirib ki, Ermənistanda 24 aprel “genosid günü”, həmçinin 8-9 may-Şuşanın “azad olunması” və Böyük Vətən Müharibəsində qələbənin ildnümü ilə bağlı tədbirlər yalnız rəsmi xarakter daşıyacaq. Yəni koronavirusa görə geniş ictimaiyyət iştirak etməyəcək. Yenə də köhnə iddialar, saxta iddialar.

Türkiyə bunlara dərman göndərməyə hazırlaşır, bunlarsa olmamış “soyqırım”ın ildönümünə hazırlaşırlar, ölüm-qalım mübarizəsində belə. Üstəlik, Şuşanın işğalını bayram etmək üçün plan qururlar. Belələrinə yardım düşürmü? Əgər bəşəri ideyalardan söhbət gedirsə, o halda 100 erməni də ortaya çıxıb Ermənistanın işğalçı siyasətinə etirazını bildirsin, o halda onlar yardımı haqq edə bilərlər.

Tarix boyu Türkiyə və Azərbaycan ermənilərə çox dəstək verib, əvəzində xəyanət görüb. Yaxın tariximizdə baş verən dəhşətli hadisəni xatırladaq: 1989-cu ilin dekabrında Ermənistanın Spitak və Leninokan şəhərləri zəlzələ nəticəsində yer üzündən silinmişdi. Baxmayaraq ki, ermənilər Azərbaycana və azərbaycanlılara qarşı dəhşətli cinayətlər törətmişdilər və bu proses davam edirdi, yenə də Azərbaycan qonşusuna yardım əlini uzatdı. 12 dеkаbr 1988-ci ildə zəlzələdə zərərçəkmiş еrmənilərə yаrdım göstərmək məqsədilə Аzərbаycаndаn göndərilmiş il-76 təyyаrəsi Еrmənistаnın Spitak rаyоnunun Quqark şəhərinin yаxınlığındа “Stingеr” rаkеti ilə vuruldu, 77 nəfərdən cəmi 1 nəfər sağ qaldı. O zaman zələzələ bölgəsində işləyən əcnəbi xilasedicilər boru aşkarlamışdılar, içərisində azərbacanlı uşaqların diri-diri doldurularaq qaynaq edildiyi boru!!! Ermənilər bizim yardım əlimizi uzatmağımıza necə qarşılıq verdilər, bəlli…

Bəlkə də Türkiyədə bu faktları çox az adam bilir. Amma bilmələri lazım. Hər halda ehtiyatlı olsunlar. Türkiyəyə qarşı ərazi iddiasını Konstitusuyasına daxil edən, gerbində daşıyan ölkədən söhbərt gedir. Əgər Ankaradan dərman yardımı istəyən ermənilər ardınca “biz yarım istəmədik” deyirlərsə, deməli, Türkiyə təyyarəsi acı tale yaşaya bilər.

Erməninin mahiyyətini açan daha bir nümunə. Çin Ermənistana yardım göndərəndən sonra ermənilər iddia etdilər ki, yardım paketlərinin üzərində Ararat (Ağrı) dağı ilə bağlı yazı əks olunub. Təsəvvür edin, bununla bağlı az qalıb ki, Ankara ilə Pekin arasında diplomatik qalmaqal yaransın.

Türkiyə XİN-in rəsmisi Hami Aksoy bilirib ki, Çinin Ankaradakı səfiri Deng Li izahat üçün Nazirliyə çağırılıb. Səfi və Çin Xarici İşlər Nazirliyi humanitar yardım qutularında Ağrı dağı ilə bağlı mətnin yerləşdirilmə səbəblərini izah edib. Səfir Deng deyib ki, Ermənistana humanitar yardım yük Çinin bölgələrindən birinin yerli rəhbərliyi tərəfindən hazırlanaraq özəl bir şirkət tərəfindən göndərilib. Həmçinin rəhbərlik qutulara yalnız Çin dilində mətn yerləşdirib, orada isə Ağrı dağı haqqında heç bir məlumat verilməyib. Çin diplomatı bildirib ki, Ağrı dağı ilə əlaqəli ingilis mətni sonradan qutulara qoyulub. Baxın, budur ermənilərin gerçək mahiyyəti, siması! Ermənistan bu vəziyyətində nəinki düşmənləri ilə aranı sakitləşdirmək kursunu götürmür, əksinə, normal münasibətlərdə olan ölkələri də düşmən etmək üçün çalışır.
İndi siz deyin, belələrinə yardım düşürmü, qardaşlar?! Öncə işğala son qoyun, tələbi olmalıdır! Əks təqdirdə erməniyə yardım Sürix protokollarının imzalanmasına bənzər addım olaraq dəyərləndiriləcək. İşğalçıya sanksiya, təzyiq yaraşır, yardım yox! Düşmən yenə də iki qardaşın arasında sərin su səpmək istəyir…