Bakının Binəqədi rayonunda insanlığa sığmayan hadisə baş verib.
BAKU.WS xəbər verir ki, bu barədə sosial şəbəkələrdə video yayılıb.
Videoda görünür ki, kimsə itin hər iki gözünü çıxarıb və küçəyə atıb.
Biləcəri qəsəbəsi, DSK adlanan ərazidə küçəyə atılan heyvanın halına acıyan məşqçi Kamil Zeynallı onu maşına mindirərək həkimə aparıb.
O, itin müalicəsi üçün lazım olan bütün xərcləri öz üzərinə götürüb.
Həmin videonu təqdim edirik.