Koronavirus pandemiyasının ölkə iqtisadiyyatına, makroiqtisadi sabitliyə, məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı Prezident İlham Əliyevin 19 mart 2020-ci il tarixli sərəncamına uyğun olaraq Nazirlər Kabinetinin 4 aprel 2020-ci il tarixli qərarı ilə təsdiqlənmiş Tədbirlər Planının icrasını təmin etmək məqsədilə bu gün Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlığı Agentliyi işsiz kimi qeydiyyata alınan şəxslərə birdəfəlik ödəmənin verilməsi üçün 38 milyon manat məbləğində ilk maliyyələşmə tranşınıhəyata keçirib.

Musavat.com bu barədə nazirliyə istinadən xəbər verir.

Məlumata görə, həmin vəsait işsiz və işdən azad olunmuş şəxslərin məşğulluğu və sosial müdafiəsi üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Məşğulluq Xidməti orqanlarında işsiz kimi qeydiyyata alınan 200 min şəxsə yaşayış minimumu qədər – 190 manat olmaqla ödəniləcək.