Bakıda baş verən avtomobil qəzasının görüntüləri yayılıb.

Avtosfer.az xəbər verir ki, paytaxt küçələrinin birində yüksək sürətlə hərəkət edən avtomobilin sürücüsü idarəetməni itirərək yolayrıcında qoyulmuş işıqfora çırpılıb.

Hadisə zamanı işıqforun yaxınlığında dayanan şəxs qaçaraq canını qurtarıb.

Qəza nəticəsində işıqfora və avtomobilə maddi zərər dəyib.