Azərbaycanlı musiqiçi gecə saatlarında vəfat etdi - VİDEO

Qarmon ifaçısı Abbasəli Qafarov vəfat edib.

BAKU.WS xəbər verir ki, bu barədə mərhumun dostu Aşıq Mübariz Camaloğlu məlumat verib.

Onun sözlərinə görə, sənətçi dünən gecə saatlarında vəfat edib.

Aşıq Mübariz dost itkisindən keçirdiyi kədər hisslərini belə bölüşüb:

“Allah sənə rəhmət etsin, Abbasəli. İnanın ki, bu gün mənim üçün çox ağır gün oldu. Kaş bu xəbəri eşitməyəydim. Çox pisəm, çox”.

A. Qafarov bu gün dəfn ediləcək.