86 yaşlı tamaşaçıdan gözlənilməz sözlər:

Yardım etdiyi yaşlı kişidən eşitdiyi sözlər Xoşqədəm Hidayətqızını kövrəldib.

BAKU.WS xəbər verir ki, “Səni axtarıram” layihəsinin rəəhbəri və aparıcı karantin günlərində evdən bayıra çıxa bilməyən və tək yaşayan tamaşaçılarına yardım edir.

Növbəti yardımı sahibinə çatdırarkən 86 yaşlı kişi aparıcını görərkən ilk dediyi söz bu olub: “Sən də qocaldın, ay Xoşqədəm”.

Yaşlı tamaşaçı televiziyada yalnız “Səni axtarıram” proqramını, bir də prezidentin çıxışlarını izlədiyini söyləyib:

“Verilişinizin birini də buraxmıram. Ələxüsus da ana dilində prezidentimizin çıxışlarına qulaq asıram. Bir dəfə dedi ki, ay rüşvət alanlar, hökümətdən qorxmursuz, heç olmasa Allahdan qorxun. Görün, insanlarla nə sadə dildə danışır? 86 yaşım var, heç bir prezidentin ağzından bu sözü eşitməmişəm”.