Şəmkirdə 4 nəfər yanıq xəsarətləri alıb.
APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Seyfəli kəndində qeydə alınıb.
1966-cı il təvəllüdlü Yaqubova Nüşabə Vəli qızı, 1988-ci il təvəllüdlü Vəliyev Əkbər Vəli oğlu, 1988-ci il təvəllüdlü Hüseynova Nərgiz Zahid qızı və 2016-cı il təvəllüdlü Vəliyeva Banu Əkbər qızı yanıq xəsarətlərilə xəstəxanaya yerləşdiriliblər. Dərhal onlara lazımi tibbi yardım göstərilib. Reanimasiya şöbəsinə yerləşdirilən yaralıların vəziyyətinin ağır olduğu bildirilir.
Məlumata görə, hadisəni ev sahibi Vəli Vəliyev ailə münaqişəsi zamanı törədib. V.Vəliyev ailəsi ilə mübahisə etdikdən sonra benzin tökərək onları yandırıb.
Faktla bağlı araşdırma aparılır.