Rövşanə ilə vəkil canlı efirdə dalaşdı -

Teleaparıcı Rövşanə Ağasəfqızı vəkil Türkel Süleymanlını məhkəməyə verir. Buna səbəb vəkilin Rövşanə xanımın aparıcısı olduğu ARB-nin “Səhər-səhər” proqramı ilə bağlı sosial şəbəkədə mənfi fikirlər yazması və sonda “Tüpürüm sizin missiyanıza” ifadəsilə təhqir etməsi olub.

BAKU.WS xəbər verir ki, R.Ağasəfqızı bu barədə “Elgizlə izlə” verişində danışıb:

“Türkel mərhum Xalq artisti Nuriyyə Əhmədovaya həsr etdiyim proqrama görə xoşagəlməz sözlər yazıb, “Tüpürüm missiyanıza” yazaraq məni və proqramımı təhqir edib. Məhkəməyə verəcəm. Mən bir Xalq artistinin həyatını göz önünə qoymuşam. Tanınmış xanımdır, həyatı, evsizliyi göz önündə olub. Dəfələrlə təmənnasız efirimdə qonaq olub, bir dəfə xahişini yerinə yetirməmişəm, hayıf çıxır. Oturub verilişimi sona kimi izləyib, səhv axtarır. Nuriyyə xanıma belə etdin, elə etdin… Onun ağrısı sənə qaldı?”

Proqrama zəng edən T.Süleymanlı “Onunla bir düşmənçiliyim yoxdur. Veriliş barədə tamaşaçı kimi fikir bildirmişəm. Şəxsi yazışmamızı götürüb feysbukda paylaşıb və qanun pozub. Onunla dava etmirəm. Nuriyyə Əhmədovaya böyük hörmətim var. Bir şəxsi amili, ailə sirri qalmadı. Hər şeyini açıb göstərdi. O, təmiz insan olub. İnsanın xatirəsinə hörmət edirsənsə, yaxşı danış. Buna fikir bildirmişəm”.

T.Süleymanlının 5 apreldə yazdığı statusu təqdim edirik:

“Deməli, efirdə rəhmətlik Nuriyyə Əhmədovadan danışırlar. Aparıcı Rövşanə Ağasəfqızı deyir ki, nahaq Nuriyyə (yəni iş yoldaşlarına yol pulu olmadığını deməyəndə) artıq qürur göstərirdi. Rövşanə, artıq qürur olmur! Qürur ya var, ya yoxdu…
Efirin axırında da lap ürəyim bulandı. Rövşanə deyir ki, bu nə deməkdir, Nuriyyə, prezident təqaüdü alırdın, nə evin var, nə nə geyimin.
Ölənlərin dalınca danışmaqla reytinq yığırsan. Lap gözümdən düşdün. Əlbəttə, yazıq Nuriyyə, sən də indikilərin bir çoxu kimi sənətinlə yaşayıb qürurlu olmasaydın, çalıb-oynasaydın, indi Rövşanə sənə hörmət edərdi…
Verilişin axırında da Rövşanə deyir ki, bu gün biz missiyamızı yerinə yetirdik, Nuriyyə xanımı xatırladıq. Başqan-ayağa dedi-qodu etdin, rəhmətliyə irad tutdun ki, niyə məğrur idi, çalışdın ki, qonaqlardan hansısa intim sirlərini alasan. Tüpürəsən belə missiyaya!”