ABŞ-da COVİD-19 virusunu yaradan və onu Çinə satmaqda ittiham edilən şəxs saxlanılıb.

Index.az xəbər verir ki, bu barədə ABŞ-ın “WCVB” kanalı məlumat yayıb.

Məlumatı ABŞ-ın ədliyyə naziri rəsmi olaraq səsləndirib.

Söhbət Harvard universitetinin kimya və biologiya bölməsinin rəhbəri doktor Çarlz Liberedən gedir. Amerikalı alim Vuhan universiteti ilə COVİD-19 virusunu tədqiq etmək üçün müqavilə imzalayıb. Yeni növ koronavirusun yayılması və peyda olması ilə bağlı istintaq başlayıb.

Amerikalı alim isə bu iş üçün 1.5 milyon dollar alıb. O, ABŞ-ın Milli Səhiyyə İnstitutundan, Harvard və Boston universitetlərindən qrant alıb, müntəzəm olaraq gündəlik Çindən pul tranşı əldə edib.