Azərbaycanlı koronavirusu məhv edən elektron maska hazırlayıb - VİDEO

Azərbaycanda elektron maska ixtira edilib. İxtiranın müəllifi Türkel Süleymanlı bildirir ki, bu vasitə tək viruslardan deyil, hətta COVİD-19 infeksiyasından da qoruyur. O cümlədən virusları məhv etmək gücünə malikdir.

BAKU.WS xəbər verir ki, Türkel Süleymanlı ixtirasını qeydiyyatdan keçirmək üçün Müəllif Hüquqları Dövlət Agentliyinə müraciət edib.

Elektron maska telefon kimi şarja qoyulur.

“Mir” Dövlətlərarası Televiziya və Radio Şirkətinin Azərbaycan nümayəndəliyinin materialında bildirilir ki, yeniliyin müəllifi riyaziyyatçı Türkel Süleymanlıdır. O, aşağıda təqdim etdiyimiz videoda ixtirasının necə işlədiyini göstərir.

Süleymanlı sözügedən ixtirası ilə bağlı alimlərdən məsləhətlər aldığını deyir.

Elektron maska ​​testdən keçərsə, kütləvi istehsala başlanacaqdır.