Meksikanın şimal-şərqində yerləşən Reynosa şəhərində (Tamaulipas ştatı) naməlum şəxslər pivə ambarına hücum edib.

“Universal” qəzeti xəbər verir ki, hücum nəticəsində ambarın yeddi əməkdaşı, o cümlədən beş gənc qətlə yetirilib.

Hadisənin təfərrüatları araşdırılır.

Məlumata əsasən, 2019-cu ildə Meksikada 35,5 min qəsdən adam öldürmə halı qeydə alınıb.