Böyük Britaniyanın Baş naziri Boris Conson müayinə üçün xəstəxanaya göndərilib.

APA-nın “Sky News”a istinadən verdiyi xəbərə görə, baş nazir həkiminin məsləhəti ilə xəstəxanaya aparılıb.

Koronavirusa yoluxduğu təsdiqləndikdən sonra Boris Conson artıq 11 gün idi ki, ev şəraitində karantində idi. Ancaq o sonuncu video-müraciətində bildirdi ki, onda virusun simptomları hələ də özünü göstərir və onun yüksək hərarəti var.

Baş nazirin ofisindən bildirilib ki, Consonun xəstəxanaya getməsi təcili hal deyil, bu ehtiyat xarakteri daşıyır. Hökumət başçısının bu gecə xəstəxanada qalıb-qalmayacağı barədə məlumat verilmir.