Azərbaycanlı aktrisanın ayağı tutuldu - VİDEO

Azərbaycan respublikasının Xalq artisti Lətifə Əliyevanın ayaqları tutulub.

BAKU.WS xəbər verir ki, 76 yaşlı aktrisa bu barədə ARB TV-nin “Elgizlə izlə” proqramında açıqlama verib:

“Mart ayının 8-də məni qəflətən “udar” vurdu. Sağ ayağım tutuldu. Qonşuluqda yaşayan qadın mənə qulluq edir; həm iynələrimi vurur, həm də yeməyimi bişirir”.

Lətifə xanım koronavirusa görə bu aralar xəstəxanaya getmək istəmədiyini, evdə müalicə olunduğunu deyib.