Çində Hərbi Xəstəxana Universiteti tərəfindən aparılan bir araşdırmada mütəxəssislər koronavirusla bağlı yeni fakt ortaya çıxarıb.

BAKU.WS xəbər verir ki, orta yaşlı bir kişidən əldə edilən nümunələri araşdıran alimlər heç bir əlamət olmadan bədəndə 49 gün qalmış mutasiyaya uğramış koronavirus tapıblar.

Bədəndə ən çox 37 gün virus qaldığı məlum idi. Mutasiya olunmuş koronavirusun isə 2 ay ərzində insanları xəstə edə biləcəyi məlum olub.

Hazırda bu yeni faktla bağlı araşdırmalar aparılır.