Böyük Britaniyada tibb işçilərinin “həyati qərarlar” qəbul etmək məcburiyyətində qalacağı proqnozlaşdırılır.

“Anadolu” agentliyi xəbər verir ki, İngilis Tibb Birliyi (BMA) bu barədə təlimat yayıb.

Bildirilir ki, həkimlər tənəffüs cihazı çatmayacağı təqdirdə sağalma ehtimalı az olan koronaviruslu xəstələrin əvəzinə cihazları yaşama ehtimalı olan xəstələrə verəcəklər.

Sənəddə qeyd edilir ki, bu, vəziyyəti sabit və ya daha yaxşı olan, lakin ümumi vəziyyəti eyni qurğuya ehtiyacı olan başqa bir xəstədən daha pis olan insanlara da aid edilə bilər.

BMA Tibbi Etika Komitəsinin rəhbəri Jon Çisholm mövzu ilə bağlı verdiyi açıqlamada “Heç kim bu qərarları vermək istəmir, ancaq vəziyyət tələb etdiyi zaman bu qərarlar qəbul edilməlidir” deyib.

O, gələn həftə yalnız 30 yeni respiratorun istifadəyə veriləcəyini qeyd edib:

“Hazırda 8000 respiratora sahib olan ölkədə minimum 30.000 respirator lazımdır. Ancaq gələn həftə yalnız 30 cihazın gətiriləcəyi narahatlıq doğurur”.