Bank borcu olanlara ŞAD XƏBƏR - Kompensasiya veriləcək - VİDEO

“Əhaliyə dəyən zərərin minimallaşdırılması üçün Prezident İlham Əliyev tərəfindən tapşırıq verilib”.

BAKU.WS Oxu.Az-a istinadla xəbər verir ki, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Nazirlər Kabinetinin Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov deyib.

Onun sözlərinə görə, bu həftədən ziyanlarla bağlı ödəmələrə başlanılması barədə tapşırıq verilib:

“Krediti olan müştərilərin vəziyyətini yaxşılaşdırarkən bir banka əmanət qoyanların və bankların vəziyyətini pisləşdirməməliyik. Bankın iş zəncirinə zərbə vurmamağa, bankların müflisləşməməsinə çalışmalıyıq”.

“Bununla bağlı məsələlər son mərhələdədir, sənədlər hazırlanır, yaxın günlərdə təsdiq olunacaq”, – deyə İ.Məmmədov qeyd edib.