“ABŞ-ın Nyu York və Nyu Cersey ştatlarında koronavirusa yoluxma təhlükəsinə görə əhaliyə polislərə maşın saxlamamaq, polislərə də əhalinin maşınını dayandırmamaq tapşırığı verilib”.
Musavat.com xəbər verir ki, bu haqda hazırda Amerikada yaşayan iqtisadçı ekspert Qubad İbadoğlu məlumat verib. Onun bildirdiyinə görə, hazırda Nyu-Yorkda 700-ə qədər polis virus daşıyıcı var.
Musavat.com xatırladır ki, ayrı-ayrı dünya ölkələrində hər gün virusdan qorunmaq üçün müxtəlif və bir-birindən sərt addımlar atılır.