Səbuhi Rəhimli:

“Göy qanunları daha yerdə işləmir!” Azərbaycanın tanınmış astroloqu Səbuhi Rəhimli belə deyir.

BAKU.WS xəbər verir ki, astroloq dünyanı öz cənginə alan koronavirus (COVİD 19) səbəbilə ölkədə tətbiq edilən karantin rejiminə görə qoroskop hazırlamağın yersiz olduğunu bildirib:

“İndi Zodiak işarələrinə necə yazaq ki,
– uzaq səfərlər üçün səmərəli gündür
– qonaqlıq üçün münasib vaxtdır
– yeni işgüzar sövdələşmələrə getmək olar
– şəxsi büdcənizdə artım olacaq
– qohum-əqrabaya baş çəkin
– əyləncə və səyahətlərə vaxt ayırın
– xəstə və imkansız qohumları yoluxun
– müqəddəs ziyarətgahlara baş çəkin və s.
Hətta “səhhətinizə fikir verin” də yaza bilmərik. Dərhal sözügedən bürcün sakinləri koronadan şübhə edib təlaşlanacaq. Bu lənətəgəlmiş virus səhiyyəni, elmi, siyasəti, iqtisadiyyatı aciz qoyduğu kimi astrologiyaya da möhkəm bir təpik tolazladı”.