Azərbaycanlı idmançı Pərviz Abdullayev “Survivor 2020” yarışmasında rəqibi ilə dalaşıb.
BAKU.WS xəbər verir ki, “TV8” kanalında yayımlanan yarışma proqramında idmançı Pərviz Abdullayev Burak adlı iştirakçı ilə kəllə-kəlləyə gəlib.
“Survivor 2020″nin növbəti buraxılışının anonsunda həmin kadrlar təqdim olunub.
Qum üzərində mini basketbol oyununda iki iştirakçı toqquşub. Daha sonra onlar bir-birinə etiraz edib.
Bu gün növbəti buraxılışda “Məşhurlar” və “Könüllülər” arasında baş tutan gərgin mübarizənin şahidi olacaqsınız.