“Bu prosesdən 100-200 min ölümlə çıxsaq, yaxşı iş gördük deməkdir” - Dondald Tramp

ABŞ Prezidenti Donald Tramp koronavirus pandemiyası ilə mübarizədəki son vəziyyət və gələcək planlarla bağlı mətbuat konfransı keçirib.

BAKU.WS “Haber Global”a istinadən xəbər verir ki, Tramp virusla mübarizədə ciddi irəliləyişin əldə olunduğunu, növbəti iki həftənin isə çox çətin keçəcəyini bildirib:

“Növbəti iki həftədə ölüm faizinin ən yüksək həddə çatmasını gözləyirik. Ona görə xüsusi rejim tədbirlərini 30 aprelə qədər uzatdıq. 1 iyuna qədər vəziyyətin yaxşılaşacağına ümid edirik. Bu prosesdə hər kəs üzərinə düşən sosial məsuliyyəti icra etməlidir”.

Tramp koronavirusla mübarizədən əvvəlkindən daha güclü çıxacaqlarına inandıqlarını da söyləyib:

“Lakin zəfəri qazanmadan öncə qələbəni elan etməkdən daha pis bir şey yoxdur. Biz heç bir şey etməsəydik, 2,2 milyon insanın öləcəyi gözlənilirdi. Bu prosesdən 100-200 min ölümlə çıxsaq, yaxşı iş gördük deməkdir”.

Qeyd edək ki, son məlumatlara əsasən, ABŞ-da koronavirusa yoluxanların sayı 142 min 735 nəfərdir. Bu günə qədər 2488 nəfər ölüb, 4562 nəfər isə sağalıb.