“Eurovision” təmsilçimiz Səmra Rəhimli boş qalan Bakı küçələrində rəqs edib.
BAKU.WS xəbər verir ki, ifaçı rəqsini “Onlar adımı bilir, amma məni tanımırlar. Şahzadə… Karantində” şərhi ilə paylaşıb.
Onun bu paylaşımı “Instagram” izləyiciləri tərəfindən tənqidlə qarşılanıb. Karantin dövründə küçədə rəqs etməsi, hətta sosial şəbəkədə paylaşması qınanıb. İzləyiciləri onu evdə qalmağa səsləyib.
Tənqid olunduğunu görən Səmra videoya yazdığı şərhini dəyişib:
“İki ay əvvəl parklara, küçələrə ancaq video və şəkillərdə baxacağımız ağlımıza gəlməzdi. Koronavirusdan dünya xilas olsun, çıxaq gəzək”.