Fərqanə Qasımovadan #evdəqal çağırışına özünəməxsus dəstək - VİDEO

Əməkdar artist Fərqanə Qasımova koronavirusla bağlı ölkədə tətbiq olunan karantin rejiminə özünəməxsus dəstək nümayiş etdirib.

BAKU.WS xəbər verir ki, muğam ifaçısı insanları #evdəqal həştəqi ilə paylaşdığı videoda muğam ifa edib.

İfasını bitirdikdən sonra hər kəsə evdə qalmağı tövsiyə edib:

“İnşallah, sizinlə birgə xoş günlərimizə az qaldı. Yetər ki, özünüzü qoruyun!”

Əməkdar artistin bu çağırışına çoxsayda “like” və şərh gəlib.