Şahzadə Çarlzdan sonra baş nazirin də koronavirusa yoluxması ölkədə təşvişi artırdı.

Musavat.com xəbər verir ki, İngiltərənin baş naziri Boris Consonda da kornavirus testi pozitiv çıxıb.

Baş nazir bu barədə özü “Tvitter” səhifəsində video paylaşaraq bildirib: “Son 24 saat ərzində özümdə az da olsa virusun simptomlarını hiss etdim və testdən keçdim. Testimin nəticəsi pozitiv çıxdı. Hazırda karantindəyəm. Lakin işlərimini video görüntülərlə həyata keçirəcəm. Hamımız birlikdə buna qalib gələcəyik”.

Xatırladaq ki, ötən gün İngiltərə krallığının vəliəhdi şahzadə çarlzda da koronavirus aşkar edilmişdi. 71 yaşlı şahzadə hazırda karantinə alınıb. Onunla birgə karantinə alınan xanımı Kamillanın isə test nəticəzi neqativ olub. Kraliça Elizabet 12 martda şahzadə Çarlzla birlikdə görüntülənmişdi.