Böyük Britaniyanın Səhiyyə naziri Matt Hankok koronavirusa yoluxub.

APA-nın Sky News-a istinadən verdiyi xəbərə görə, Səhiyyə nazirinin COVID-19 testi pozitiv çıxıb.

Qeyd edək ki, bundan bir neçə saat öncə Britaniyanın Baş Naziri Boris Consonun da koronavirusa yoluxduğu açıqlanıb. Britaniya Şahzadəsi Çarlz da koronavirusa yoluxanlar arasındadır.