Dünyada 19 mindən çox insanın ölümünə səbəb olan koronavirusun dağıdıcı təsirinin şiddətləndiyi bir vaxtda, İtaliyada yaşayan 20 yaşlı gənc qız tibb dünyasını heyrətə gətirib.
Koronavirus testinin nəticəsi müsbət çıxan 20 yaşlı qızın “Virusa görə eşitmə qabiliyyətimi və dadbilməmi itirdim” kimi açıqlaması elm dünyasını şoka salıb.
Fevralın sonlarında İtaliyada səfərdə olan 20 yaşlı Julia Buscaglia, sosial mediada yaşadığı təcrübələri danışıb. Covid-19-un yeni simptomlarının üzə çıxdığını açıqlayıb. Sosial hesabında başına gələnləri danışan gənc qız özündəki simptomların, bilinən korona virus simptomlarından fərqləndiyini qeyd edib.
Gənc qız sosial hesabında bunları yazıb: “Bunları sizinlə bölüşürəm, çünki demək istədiyim simptomları həkimlər siizə açıqlamayıb. Koronavirus testinin pozitiv olması üçün bütün bu simptomların çıxması gərək deyil. Məndəki yeganə simptom qrip idi. İtaliyada olarkən 29 fevralda qrip oldum. Daha sonra başım ağrıdı, qulaqlarım tıxandı, boğazımda hərarət yüksəlmişdi. Ümumi temperaturum 37.8 idi. İltihab əleyhinə dərmanlar qəbul etdim və bütün günü yatdım. Səhərisi gün həkimə getdim. Həkim mənə qrip olduğunu söylədi, lakin məndə öskürək yox idi. Daha sonra eşitmə qabiliyyətim tədricən azaldı. O dövrdə epidemiya artdığına görə təhsil proqramım kəsildi və evə qayıtmaq qərarına gəldim. İtaliyadan qayıdacağım son günlərdə vəziyyətim daha da pisləşdi. Eşitmə qabiliyyətim tamamən azaldı, qoxu və dad bilmə qabiliyyətimi itirdim. Bundan başqa, nə burnum axır, nə də öskürək olurdu. Daim başağrılarım olurdu və ağrıkəsici dərmanlar qəbul edirdim”.
20 yaşlı qız qulaqlarının tutulmasından başqa vücudunda ciddi bir simptom görmədiyini açıqlayıb: “Martın 13-də ABŞ-a qayıtdım. Test etməyi düşünmürdüm. Lakin ailəm və dostlarım İtaliyadan gəldiyim üçün test etməmi istədi. Mən də test etdim və nəticələr pozitiv çıxdı. Mən şoka düşmüşdüm. Çünki xəbərlərdəki göstərilən simptomların heç biri məndə yox idi. Ona görə koronavirusa yoluxmadığımdan arxayın idim”.
Turan Oruc
Musavat.com