Vilayət Eyvazov polis mayorunu yeni vəzifəyə təyin etdi

Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə polis mayoru Anar Hüseynov Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Regional Şöbəsinin rəis müavini təyin olunub.

BAKU.WS-in bölgə müxbirinin verdiyi məlumata görə, A.Hüseynov bu vəzifəyə qədər Şəmkir rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin rəisi vəzifəsində çalışıb.

Faktı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə Regional Qrupundan təsdiqləyiblər.