Ölkədə faliyyət göstərən və dam örtüklərinin satışını həyata keçirən “Facebook” səhifələrindən birinin paylaşımı etirazla qarşılanıb.
BAKU.WS xəbər verir ki, buna səbəb səhifənin paylaşdığı şəkildə qadın hüquqlarının pozulmasıdır.
“Təmiz Dünya” İctimai Birliyinin sədri Mehriban Zeynalova məsələni ictimailəşdirərək Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əməkdaşlarını bu məsələ ilə bağlı tədbir görməyə çağırıb: “Şirkətin reklamı biabırçıdır, qadın hüquqlarına ziddir. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi əməkdaşları, mümkünsə, bu məsələ ilə bağlı tədbir görün”.