“Nə edirsən et, o şəkillərin var e, onları qurtar. Bəsdir, qoy rahat oturaq”.
BAKU.WS xəbər verir ki, bu sözləri Tahir İmanov açıq-saçıq fotosessiyaları ilə seçilən müğənni Dilarə Kazımovaya müraciətlə zarafatla deyib.
ARB TV-nin “Söhbət var” verilişində aparıcı Kazımovanın sözügedən geyimlərindən söz açıb.
Əməkdar artist Tahir İmanov söhbətə qoşularaq ifaçının şəkillərini ümumiyyətlə müzakirə etmək istəmədiyini bildirib:
“Mən Dilarə xanımın sənətindən danışmaq istəyirəm. Bizim Ağanatiqin dili ilə desək, Dilarənin “yedinka” sənəti var. Sağ olsun ki, belə bir yeniliklərə imza atır, rəqabət yaranır. Biz ona “yedinka” deyirik”.