İntihara cəhd edən feminist Aysel Ələkbərzadənin vəziyyəti ağırdır.
Ayselin yaxın dostu Nurlan Cəfərinin BAKU.WS-ə verdiyi məlumata görə, hazırda Kliniki Tibbi Mərkəzin reanimasiya şöbəsində müalicə alan xəstənin beyninə qan sızıb:
“Sol ayağında sınıq var və yerə düşərkən beyin damarlarından birinin partlaması nəticəsində beyinə qan sızıb. Son və dəqiq diaqnoz budur. Gecə səhərəcən danışa bilməsə də, səhərə yaxın çox çətinliklə bir iki kəlmə danışa bildi”.
***
Bu gün Bakıda feministlərin aksiyası zamanı qalmaqallı plakatı ilə gündəmə gələn feminist Aysel Ələkbərzadənin özünü binadan ataraq intihara cəhd etməsi barədə məlumat vermişdik.
BAKU.WS xəbər verir ki, 24 yaşlı A.Ələkbərzadə ayaqlarının sınığı diaqnozu ilə Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
Xatırladaq ki, Yasamal rayonunda yaşayan 1996-cı il təvəllüdlü Aysel Ələkbərzadə 3-cü mərtəbədən özünü atıb. Vəziyyəti orta-ağırdır və hazırda reanimasiyadadır.
A.Ələkbərzadə martın 8-də Bakının mərkəzində feminist qadınların təşkil etdiyi qanunsuz aksiyada iştirak edib. O, əlində tutduğu şüarla sosial şəbəkələrdə tənqid hədəfinə çevrilib. Gənc fəal özünü binadan atmazdan əvvəl “Facebook”da intihar edəcəyini açıqlayıb.
Məsələ ilə bağlı cinayət işi açılıb, hazırda araşdırma aparılır.
Onun xəstəxanadan çəkilmiş fotolarını təqdim edirik: