Bu ölkənin prezidenti qonaqlarını ayaqla salamlayır - VİDEO

Tanzaniya Prezidenti Con Maqufuli koronavirusdan qorunmaq üçün maraqlı addım atıb.

BAKU.WS “Haber Global”a istinadən xəbər verir ki, o, qonaqları ilə ayaqla salamlaşmağa başlayıb.

Ölkənin Səhiyyə Nazirliyi xalqa müraciət edərək qucaqlaşma və əllə salamlaşmaqdan çəkinmələrini istəyib.

Qeyd edək ki, Tanzaniyada bu günə qədər koronavirusa yoluxma halı qeydə alınmayıb.