Bəzi insanlar düşünürlər ki, boşandıqdan sonra həyatları daha da yaxşılaşacaq. Bir başqaları ailələrini qorumağa çalışsalar da, buna nail ola bilmirlər.

Hər necə olursa-olsun, boşanan insanların əksəriyyətinin həyatı gözlədiklərindən daha çətin olur. Son illər Azərbaycanda da bütün dünyada olduğu kimi boşanma halları artmağa başlayıb.

Təkcə, 2019-cu ildə Azərbaycanda 14 857 ailə dağılıb. Bu halların kütləviliyi boşanmış qadın və kişilərin ayırca sosial qrup kimi formalaşmasına səbəb olub.

Xüsusən, boşanmış qadınların həssas situasiyaya düşür və cəmiyyətdə daha çox çətinliklə üzləşirlər. Modern.az psixoloq Gülər Məmmədova ilə boşanmış qadınların sosial-psixoloji durumu, boşanma səbəbləri və s. ilə bağlı müsahibə alıb.

Evli bir qadın boşandıqdan sonra psixoloji olaraq onda hansı dəyişikliklər baş verir?

Evli bir qadın boşandıqdan sonra psixoloji sarsıntılar keçirir. Amma əlbəttə ki, boşanmanın səbəbindən çox şey asılıdır. İki cür boşanmış qadın var: boşanmış və boşanılmış qadınlar. Həyat yoldaşı müəyyən pis vərdişlərə qurşanmışsa, mütəmadi olaraq qadın təpkilərlə üzləşmişdirsə, spirtli içki, narkotik maddələr düşkünüdürsə və bu cür asılılıqlara məhkum olmuş adamdan ayrılıbsa, o, qadında azad hisslər formalaşacaq.

Belə qadınlar dərindən nəfəs alacaq, sevinəcək. Digər bir nüans da olur ki, ailədaxili münasibətlərdə müəyyən konfliktlər olur. Gəlin-qaynana münasibətlərində böyüklərin cütlükləri yola verməməsi də müəyyən problemlər yaradır. Ailədə anlaşılmaz situasiyalar baş verərsə, az yaşlı uşaqları olmasına baxmayaraq tərəflər boşana bilirlər. Bu da yenə qarşılıqlı anlaşmanın pozulmasından irəli gəlir. Bu zaman qadınlar çox sarsıntı keçirir. Həyat yoldaşlarını sevə-sevə anasının və ya qaynanasının təpkisi ilə boşanmış olurlar və həmin qadınlar özünü depressiyada hiss edə bilirlər.

Qadınlar başqa nə səbəblərdən boşanırlar?

Bəzi qadınlar isə həqiqətən müəyyən işə sahib olduqdan, yüksək məvacib aldıqdan sonra özlərini daha azad, daha müstəqil hiss etdiklərindən dolayı boşanmaq istəyirlər. Düşünürlər ki “onsuzda bizim xarakterimiz üst-üstə gəlmir, onsuzda mən ondan ayrı yaşaya bilərəm, özümü dolandıra bilərəm, onun aldığı məvacibdə məni qane etmir” kimi fikirlərə qapılırlar.

Bəs bu cür qadınlar hansı şəraitdə boşanırlar?

Boşanmağı tərcih edən qadın bu cəmiyyətdə müstəqil addım atmağa özünü hazır bilən bir qadındır. Əgər o boşanırsa, həqiqətən arxasında valideyinlərinin dayandığını bilir yada ki, özünün maddi durumuna arxayın olur. Başqa bir halda var ki, qadın pərakəndə şəkildə boşanır və sonradan böyük çətinliklərlə üzləşir.

Bəs qadınların həyatında nə cür çətinliklər baş verir?

Bu birtərəfli yanaşma deyil. Cəmiyyətdə hərkəs boşanmış qadınları psixomodernə uyğun olaraq alqılayır.Yəni hər kəs öz ampulasından yanaşır. Çünki bu bir taledir. Ailə kiçik bir dövlətdir. Kiçik bir dövlətin dağılması, parçalanması ailənin içində baş verən proseslərdən irəli gəlir. Burada da çox gizli məqamlar var. Buna müdaxilə etməkdə olmur, kənarda qalmaqda olmur.

Ya uşağın, ya da öz tələbatlarını ödəmək üçün boşanmış qadınların müəyyən mənadan köməyə ehtiyacı olur. Ona görə boşanmanın səbəblərdən çox şey asılıdı. Hansı səbəbdən boşandığı və boşanan qadının özgüvənli olması, özünün sonradan düşdüyü situasiya, yenidən ayağa qalxma bacarığı, yeni həyata başlama bacarığı, yeni ailə həyatına hazır olacaqmı və ya bu haqda düşünürmü, yenidən övlad sahibi olacaqmı bunlar hamısı individual xarakter daşıyır.

Boşanmış qadına cəmiyyət necə yanaşır?

Boşanmış qadına cəmiyyət tərəfindən pis yanaşılmır. Çünki boşanmanın səbəbləri var. Bəlkə həyat yoldaşında psixi pozuntular var, psixi xəstəlik var, hər hansı bir şəxsiyyət pozuntusu var. Səbəblərdən çox şey asılı olur. Bəlkə də o, münasibətdə xəyanət baş verib. Xəyanətdən dolayı qadınlar sarsıntı keçirir, depresiyaya düşür və müəyyən müddət həyat yoldaşlarını bağışlaya bilmirlər. Bəzi qadınları cəmiyyətin onlar haqqında nə düşündükləri he, maraqlandırmır, şəxsi həyatlarına davam edirlər.