Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə, “Archico” şirkəti tərəfindən Bakı zooparkında böyük yeniqənqurma işləri həyata keçirilir.

Musavat.com Day.Az-a istinadən xəbər verir ki, “SkyscraperCity Azerbaijan” yenidənqurma işlərindən sonra Bakı zooparkının yeni görünüşünü əks etdirən fotoları təqdim edib.

Məlumata görə, zooparkın ərazisində veterenar klinika da yaradılacaq, heyvanxanadakı bütün heyvanlar isə Avropa Zooparklar və Akvariumlar Assosiasiyasının (EAZA) standartlarına uyğun şəraitdə saxlanılacaq.

Qeyd edək ki, zooparkın ərazisi 2,25 hektardan 4,25 hektara qədər genişləndiriləcək. Burada, həmçinin ev heyvanları olan “Sevimli guşə”və “Kəpənəklər evi” də yaradılacaq.

Bakı zooparkının yeni görünüşü necə olacaq? - FOTOLAR