“Siam əkizlərinin birləşmiş qaraciyəri və…” – Dünyanın ən qorxunc muzeyləri (FOTOLAR)

Təəssüf ki, xüsusilə orta əsrlərdə dünya və cəmiyyətlər o qədər də mədəni deyildi və bu, hər sahədə öz əksini tapırdı.

İndi yaşadığımız dövrdə hüquq sistemindən tutmuş sosial nizamadək hər şey olduqca mədəni görünə bilər. Ancaq orta əsrlərdə bir çox şəhərlərin qaranlıq bir tərəfi var idi. Bu məlumatlara tarix və arxeologiya muzeylərində şahid olmaq mümkündür.

Musavat.com sizə keçmişə işıq tutan dünyanın maraqlı və olduqca qorxulu muzeyləri haqqında məlumatları təqdim edir.

Yeni İngiltərə Psixik Tədqiqat Mərkəzi – ABŞ

Ed və Lorraine Warren cütlüyü 1950-ci illərdəki fövqəladə hadisələri araşdırırdılar. Cütlüyün iştirak etdiyi paranormal hadisələrə aid əşyalar həqiqətən də o dövrdə yaşadıqları evin zirzəmisindədir. ABŞ-ın Konnektikut bölgəsində yerləşən bu yer Yeni İngiltərə Psixik Tədqiqat Mərkəzi kimi tanınır və ziyarət edilə bilər.

“Siam əkizlərinin birləşmiş qaraciyəri və…” – Dünyanın ən qorxunc muzeyləri (FOTOLAR)

Glore Psixiatriya Muzeyi – ABŞ

ABŞ-ın Missouri ştatında yerləşən bu muzey pis aurası və enerjisi ilə tanınır. 1874-cü ildə dövlət xəstəxana kimi istifadə olunan bu yer 1967-ci ildə muzey kimi xidmətə başladı. Bu muzeyi qorxulu edən şey, tarix boyu əqli xəstələrə tətbiq olunan metodların burada göstərilməsidir. Bundan əlavə, muzeydə orta əsrlərə aid psixi xəstələr və həkimlər arasında olan dialoqlar da mövcuddur.

“Siam əkizlərinin birləşmiş qaraciyəri və…” – Dünyanın ən qorxunc muzeyləri (FOTOLAR)

Meguro Parazit Muzeyi – Tokio

Yaponiyanın Tokio şəhərində muzeyi maraqlı edən şey, muzeydə 45 mindən çox həşəratın sərgilənməsidir. Dünyada həşəratlara həsr olunmuş “Meguro Parazit” muzeyində çox təhlükəli parazit növləri mövcuddur. Bu iki mərtəbəli muzeydə parazitlər haqqında məqalə və kitablar da tapmaq mümkündür.

“Siam əkizlərinin birləşmiş qaraciyəri və…” – Dünyanın ən qorxunc muzeyləri (FOTOLAR)

El Museo De Las Momias – Meksika

Çox maraqlı və qorxulu  olan “El Museo De Las Momias” m muzeyinin də qəribə bir hekayəsi var. 1833-cü ildə Meksikada vəba epidemiyasından ölən insanların mumyalanmış cəsədləri 1865-ci ildə təbii mühitdə aşkar edildikdə, onların yaxınlarından dəfn üçün vergi ödəmələrini tələb edildi. Ancaq ölən insanların ailələrinin çoxu bu vergini ödəyə bilmədi. Vergisi ödənməyən mumiyalar bir binada saxlanılırdı. Şayiələrə görə, binanın işçiləri mumiyaları görmək istəyənlərdən pul tələb ediblər. 1900-cü illərdə mumiyalar turistləri cəlb etməyə başladı və 1969-cu ildə bu yer mumya muzeyinə çevrildi.

“Siam əkizlərinin birləşmiş qaraciyəri və…” – Dünyanın ən qorxunc muzeyləri (FOTOLAR)

Lombroso Cinayət Antropoloji Muzeyi – İtaliya

Turindəki bu muzey, İtalyan Kriminologiya Məktəbinin qurucusu Cesare Lombrosonun adını daşıyır. Lombroso inanırdı ki, bir insanın törətdiyi cinayətlər həmin şəxsin kəlləsinin ölçüsü və forması ilə əlaqəli ola bilər. Bu səbəbdən, muzeydə Lombrosodan qalan 400-dən çox insan kəlləsi var.

Muzeyə daxil olan digər əşyalar: Lombrosonun araşdırmasında istifadə etdiyi əşyalar, o dövrdə edilən cinayətlərin sənədləri, şəkilləri və qətl üçün istifadə olunan silahlarıdır. Muzeydə ən maraqlı əsər isə Lombrosonun öz kəlləsidir.

“Siam əkizlərinin birləşmiş qaraciyəri və…” – Dünyanın ən qorxunc muzeyləri (FOTOLAR)

Siriraj Tibb Muzeyi – Tayland

Taylandın paytaxtı Banqkokda yerləşən bu muzey ölüm muzeyi adlanır. Tibb mütəxəssisləri və tələbələr üçün dəyərli bir qaynaq olan bu muzey əslində 7 kiçik muzeyin birləşməsidir. Muzeylərdə həm təbii, həm də qeyri-təbii ölümlər haqqında hər şey var. Bu muzeydə xəstəliklərin bədənə necə təsir etməsindən, orqanlara təsirindən, qatillərin və mumiyalanmış insanlardan tutmuş hər şeyi tapmaq mümkündür.

“Siam əkizlərinin birləşmiş qaraciyəri və…” – Dünyanın ən qorxunc muzeyləri (FOTOLAR)

Dupuytren muzeyi – Fransa

Fransanın paytaxtı Parisdə yerləşən bu muzey anatomik patoloji muzeyi kimi tanınır. Muzeydə müxtəlif xəstəliklər və ya genetika səbəbiylə deformasiya edilmiş cəsədlərin əlamətlərinin sərgiləndiyi 6 mindən çox nümunə var. Bu nümunələrin bəziləri olduqca qorxuncdur. 1835-ci ildə orqanlar, sümüklər və döllər kolleksiyası ilə bir fransız cərrah tərəfindən açılan muzey Parisin ən çox ziyarət edilən yerlərindən biridir. Muzeydə müxtəlif orqanlarla da rastlaşa bilərsiniz.

“Siam əkizlərinin birləşmiş qaraciyəri və…” – Dünyanın ən qorxunc muzeyləri (FOTOLAR)

Orta əsr İşgəncələr Muzeyi – ABŞ

ABŞ-ın Florida ştatında yerləşən bu Orta əsr işgəncə muzeyi Orta əsrlərdə işgəncə üçün istifadə olunan alətləri nümayiş etdirən bir muzeydir. Son dərəcə qorxunc olan muzeydə bəzi işgəncələri aktyorlar və heykəllər canlandırır. Bundan əlavə, muzeydə işgəncə cihazlarından istifadə qaydaları da mövcuddur.

“Siam əkizlərinin birləşmiş qaraciyəri və…” – Dünyanın ən qorxunc muzeyləri (FOTOLAR)

Mütter Tibb Muzeyi – ABŞ

Filadelfiyada yerləşən bu muzey, adından da göründüyü kimi, tibb muzeyidir. Muzeydə qəribə tibbi nümunələr var. Muzeydə, həmçinin 140 nəfərlik kəllələrdan ibarət bir divar, siam əkizlərinin birləşmiş qaraciyəri və alnında buynuzu olan bir qadının mum heykəli də var.

Turan Oruc
Musavat.com

“Siam əkizlərinin birləşmiş qaraciyəri və…” – Dünyanın ən qorxunc muzeyləri (FOTOLAR)